AZ

Mahir Emrelinin komandası “Maqdeburq”a qalib gəldi

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” komandası bu gün növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçunun klubu Almaniya İkinci Bundesliqasının 21-ci turu çərçivəsində “Maqdeburq”la qarşılaşıb.

Nürnberqlilər səfərdə baş tutan bu oyundan qələbə ilə ayrılıblar – 4:3.

Emreli bu görüşün iştirakçısı olmayıb. Azərbaycanlı futbolçu sonadək ehtiyatda qalıb.

“Nürnberq” 21 oyuna topladığı 31 xalla hazırda 18 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb. Baş məşqçisi Miroslav Kloze olan komanda bu mövsüm 9 qələbə qazandığı halda 4 heç-heçə edib, 8 oyunda məğlubiyyətə üzülüb.

“Nürnberq” növbəti matçını fevralın 16-da doğma meydanda “Ulm”a qarşı keçirəcək.

Mahir Emreli 2024-cü il avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər. Azərbaycanlı futbolçu Almaniya klubunun heyətində 15 rəsmi matça çıxıb, 4 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Mahir Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 51 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
59
4
arena.az

10Mənbələr