AZ

Nazir Vatsapdakı şərhinə görə işdən çıxarıldı

Böyük Britaniyanın səhiyyə naziri Endryu Qvin Vatsap qrupunda yazdığı şərhlərə görə vəzifəsindən kənarlaşdırılıb.

Axar.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Belə ki, o, antisemit xarakterli ifadələr işlədib və hətta yaşlı bir seçicisi haqqında növbəti seçkiyədək ölməsini arzuladığı barədə zarafat edib.

Sözügedən Vatsap qrupunda Leyboristlər Partiyasının bələdiyyə üzvləri, partiya rəsmiləri və bir başqa deputat iştirak edib. Endryu Qvinin Leyboristlər Partiyasının deputatı Diane Abbot haqqında irqçi, baş nazirin müavini Ancela Reyner haqqında isə müxtəlif ifadələr işlətdiyi iddia olunur.

Seçilən
37
axar.az

1Mənbələr