Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın danışıqlara hazır olmadığını deyib.
Publika.az xəbər verir ki, o, bu barədə “X”də yazıb.
O, qeyd edib ki, rəsmi Moskva müharibənin davam etdirilməsinə hazırlaşır.
V.Zelenski Rusiya ordusunun şəxsi heyətinin sayının artdığına diqqət çəkib: “Bütün tərəfdaşlar bundan xəbərdar olmalı və bunu aydın görməlidirlər”.