AZ

Kipr Egey dənizində seysmik aktivliyə görə fövqəladə vəziyyətə hazırlıq görür

Kipr Egey dənizində seysmik aktivliyə görə fövqəladə vəziyyətə hazırlıq tədbirləri görür

Kipr Respublikasının hakimiyyəti Egey dənizindəki Dodekanes arxipelaqı (Cənubi Sporad) ərazisində seysmik fəaliyyətə cavab olaraq fövqəladə hallara hazırlığı təmin etmək üçün lazımi tədbirlər gördüklərini açıqlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, tədbirlərin siyahısı Kiprin Geoloji Tədqiqatlar Departamentinin yaydığı məlumatda verilib.

"Dodekanes bölgəsində davam edən zəlzələ fəallığının Kiprin seysmikliyinə birbaşa təsir göstərməməsinə baxmayaraq, sonuncu yenə də seysmik cəhətdən aktiv bölgə olaraq qalır. Tarixi təcrübəyə əsasən, Kipr nə vaxtsa güclü və dağıdıcı zəlzələ ilə üzləşə bilər. Ona görə də hər bir vətəndaşın təbii fəlakətdən əvvəl xəbərdar olması və təbii fəlakətdən sonra nə edəcəyi ilə bağlı xəbərdar olması xüsusilə vacibdir”, - məlumatda deyilir.

Departamentdən bildirilib ki, fövqəladə hallar baş verdikdə, sirenləri işə salmaqla vətəndaşların müəyyən ərazilərdən təxliyəsi və ya çıxarılması üçün fövqəladə göstərişlər veriləcək ki, bu da səsli həyəcan siqnalı ilə yanaşı, zərərçəkmiş ərazinin vətəndaşlarına təlimatları olan audio mesajlar da ötürəcək.

Seçilən
65
1
report.az

2Mənbələr