AZ

“Borussiya Dortmund” evdə məğlub oldu, “Bayer Leverkuzen” isə...

Bundesliqanın 21-ci turunun ikinci oyun günündə altı görüş keçirilib.

Publika.az xəbər verir ki, yeni baş məşqçi, xorvatiyalı mütəxəssis Niko Kovaçın rəhbərliyi ilə ikinci oyuna çıxan “Borussiya Dortmund” doğma divarlar arasında “Ştutqart” ilə qarşılaşıb. Görüşdə meydan sahibləri 1:2 hesabı ilə uduzublar.

Çempionatda ikinci pillədə qərarlaşan “Bayer Leverkuzen” isə səfərdə “Vofsburq” ilə üz-üzə gəlib. Matç qolsuz heç-heçə ilə başa çatıb və Leverkuzen təmsilçisi ilə lider “Bavariya” arasında xal fərqi yenidən artıb. Digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:

“Hoffenhaym” – “Union Berlin” – 0:4

“Frayburq” – “Haydenhaym” – 1:0

“Maynts” – “Auqsburq” – 0:0

Seçilən
24
2
publika.az

3Mənbələr