AZ

Bu dənizdə 7,6 bal gücündə ZƏLZƏLƏ OLDU

Karib dənizindəki Kayman adaları sahillərində 7,6 bal gücündə zəlzələ qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (ESMC) məlumat yayıb .

Portalın məlumatına görə, yeraltı təkanların episentri 29 min nəfərin yaşadığı Corctaun şəhərindən 210 kilometr cənub-qərbdə yerləşib. Seysmik hadisənin mənbəyi 10 kilometr dərinlikdə yerləşib.

Tələfat və ya infrastruktura ziyan dəyməsi barədə məlumat verilməyib.

Seçilən
27
4
publika.az

5Mənbələr