AZ

Serbiya prezidentinin xidməti avtomobilinin təkəri hərəkət zamanı çıxıb

Bakı. Trend:

Aleksandar Vuçiçin olduğu Serbiya prezidentinin kortejininavtomobilinin təkəri yolda hərəkət zamanı çıxıb.

Trend-in məlumatına görə, bu barədə Serbiya prezidentibildirib.

Aleksandr Vuçiç qeyd edib ki, özu xəsarət almayıb.

"Bunun zədələnmiş, partlamış təkər olub, yoxsa başqa bir şeyolub-olmadığını səlahiyyətli orqanlar müəyyənləşdirməlidir. Onlarbununla məşğul olacaqlar. Mən Mokrin [yaşayış məntəqəsinə] gəldimvə başqa maşına mindim", - deyə Serbiya prezidenti qeyd edib.

Serbiyanın baş naziri Miloş Vuçeviç deyib ki, prezidentinavtomobilindən təkərin düşməsi ilə bağlı hadisə əhəmiyyətsiz hesabedilməməlidir. "Mən belə şeylərlə oynamazdım, prezidentin ətrafındaciddi ekspertiza və təhlükəsizlik tədbirlərinin artırılmasını tələbedərdim. Təkərin necə çıxdığını dəqiq bilmək üçün araşdırmanınnəticəsini gözləyirik", - deyə o qeyd edib.

Seçilən
23
1
az.trend.az

2Mənbələr