"Bayer"in baş məşqçisi Xabi Alonso Bundesliqanın 21-ci turunun "Volfsburq"la səfər matçında (0:0) uzun illərin rekordunu qırıb.
Teleqraf xəbər verir ki, ispan məşqçi komandasının Almaniya çempionatının səfər matçlarında məğlubiyyətsizlik seriyasını 27 oyuna çatdırıb.
Leverkuzen klubu sonuncu dəfə Bundesliqada 2022/23 mövsümündə səfərdə "Bohum"a uduzub (0:3).
Beləliklə, 43 yaşlı ispaniyalı mütəxəssis Bundesliqa məşqçiləri arasında səfərdə məğlubiyyətsizlik seriyasını təkrarlayıb.
Buna qədər Udo Lattek ardıcıl 27 səfər matçını məğlubiyyətsiz keçirən məşqçi olub. Onun seriyası 1985-ci ildən 1992-ci ilə qədər davam edib və 2 komandada çalışması sayəsində yaranıb: “Bavariya” (1983-1987) və “Şalke” (1992/93 mövsümü).