AZ

FHN: Bakıda evdə yanğın olub, 2 nəfər xilas edilib

Bakı, 9 fevral, AZƏRTAC

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 5 otaqlı evin girişində quraşdırılan elektrik lövhəsindəki qoruyucu açarlar və dolab 5 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər ev sakini xilas olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Seçilən
67
9
azertag.az

10Mənbələr