ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Münhen Təhlükəsizlik Konfransında Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək.
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Post” nəşri məlumat yayıb.
“Vens gələn həftə Münhen Təhlükəsizlik Konfransında Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək”, - nəşr bildirib.
Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı 14-16 fevral tarixlərində keçiriləcək.