Medianews.az Xezer TV-yə istinadən xəbər verir ki, dələduzlar bu texnologiya vasitəsilə insanların səsini təqlid edərək onları aldatmağa çalışırlar.
Bunun üçün süni intellekt əvvəlcə real səs nümunələrini öyrənir, daha sonra isə istənilən mətnə uyğun şəkildə həmin səsi yenidən yaradır.
Mütəxəssislər hesab edirlər ki, yaxın gələcəkdə bu cür fırıldaqçılıq hallarına qarşı daha güclü müdafiə sistemləri tətbiq edilməlidir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi də vətəndaşlara xəbərdarlıq edib.
Qeyd edilib ki, bu kimi kiberdələduzluq halları ilə qarşılaşan vətəndaşlar nazirliyin 102 xidmətinə və yaxud rəsmi sosial şəbəkə hesablarına müraciət etməlidirlər.