AZ

Mühəndis filmə çəkilmədən "Oskar" qazanıb

Mühəndis

Estoniyalı mühəndis Neeme Vayno Elmi və Texniki Nailiyyətlərə görə Akademiya mükafatının builki laureatlarından biridir. O, yanğın stunlarını daha təhlükəsiz edən və alovun aktyora zərər vermədən birbaşa dəri üzərində daha uzun müddət saxlanmasına imkan verən gel yaratdığı üçün Akademiyanın "Fireskin360 Naked Burn Gel" mükafatını qazanıb.

Reyting.az
-ın məlumatına görə, Neeme Vaynonun kəşf etdiyi bu innovativ geldən geniş şəkildə istifadə etməyə başlayıblar. Bu yeni qoruyucu maddə lazımlı bir vəsait kimi kino sənayesində yanğın stunlarının imkanlarını genişləndirməklə, onları daha təhlükəsiz, daha etibarlı, həmçinin vizual baxımından da daha təsirli edir.

Akademiyanın prezidenti Janet Yanq və icraçı direktor Bill Kramer bildiriblər ki, builki mükafatçılar kino sahəsinə mühüm töhfələr veriblər.

"Oskar"-ın mükafatlandırma mərasimi aprel ayının 29-da Akademiyanın Kino və İncəsənət Muzeyində keçiriləcək.

Oqtay QORÇU
Seçilən
9
reyting.az

1Mənbələr