AZ

Premyer Liqa: XXII tura iki oyunla start veriləcək

Misli Premyer Liqasında XXII tura bu gün, iki oyunla start veriləcək.

“Report”un məlumatına görə, əvvəlcə “Şamaxı” evdə “Sumqayıt”ı qəbul edəcək.

Şamaxı şəhər stadionunda keçiriləcək görüş saat 14:30-da başlayacaq. “Sumqayıt” hazırda turnir cədvəlində 22 xalla 6-cı pillədədir. 17 xala malik “Şamaxı” isə doqquzuncudur.

Günün son matçı “Bank Respublika Arena”da “Sabah”la “Turan Tovuz” arasında baş tutacaq. İnqilab Məmmədovun idarəçilik edəcəyi görüşün start fiti saat 17:00-da səsləndiriləcək. 36 xala malik “Turan Tovuz” hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Sabah” isə 28 xalla beşincidir.

Misli Premyer Liqası

III dövrə, XXII tur

9 fevral

14:30. “Şamaxı” – “Sumqayıt”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.

VAR: Tural Qurbanov.

AVAR: Teymur Teymurov.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

Şamaxı şəhər stadionu

17:00. “Sabah” – “Turan Tovuz”

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.

VAR: Cavid Cəlilov.

AVAR: Eyyub İbrahimov.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Azər Əsgərov.

“Bank Respublika Arena”

Qeyd edək ki, turun digər görüşləri fevralın 10-da və 11-də keçiriləcək.

"Cebheinfo.az" 

Seçilən
13
18
cebheinfo.az

10Mənbələr