AZ

"Atalanta"lı 7 il sonra İmmobilenin uğurunu təkrarlayıb

İtaliya A Seriyasının XXIV turu davam edir.

Apasport.az xəbər verir ki, bu turda "Atalanta" "Verona"nı 5 qolla darmadağın edib.

Cari mövsümdə “Atalanta”nın ən uğurlu hücumçusu Mateo Reteqi bu qarşılaşmada 4 qola imza atıb. 

Beləliklə, Reteqi son 7 ildə A Seriyasında 4 qol vuran ilk italiyalı oldu.

Sonuncu dəfə 2018-ci ilin yanvarında "Latsio"nun SPAL-a qarşı oyununda Ciro İmmobile 4 dəfə rəqib qapısına yol tapmışdı.

Reteqi həm də cari İtaliya çempionatı mövsümündə 20 qol həddinə çatan ilk oyunçudur. O, bu nəticə ilə hazırda A Seriyasının bombardiridir. 

Abubakar I Liqa yolunda

“Qalatasaray” özəl formasını təqdim etdi - FOTO

“Milan” Feliksi buraxmaq istəmir

Saliba “Real”ın əsas hədəfidir

“Vulverhempton” Kunyanın qiymətini təyin etdi

Seçilən
16
apasport.az

1Mənbələr