AZ

Türkiyə Superliqası: "Beşiktaş" Sivasdan qələbə ilə qayıdır

Futbol üzrə Türkiyə Superliqasında XXIII turun daha iki oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, günün ilk matçında "Kayserispor" öz meydanında "Konyaspor"a 3:2 hesabı ilə qalib gəlib.

Digər qarşılaşmada isə "Beşiktaş" səfərdə "Sivasspor"u 2 cavabsız qolla üstələyib. Qonaqların heyətində 43-cü dəqiqədə Əmirxan Topçu və 90+4-cü dəqiqədə penaltidən Joau Mario fərqlənib.

Bu qələbədən sonra xallarını 35-ə çatdıran "Beşiktaş" 5-ci pilləyə yüksəlib. "Sivasspor" isə 23 xalla 15-cidir.

Qeyd edək ki, turun açılış oyununda "Samsunspor" doğma meydanda "Hatayspor"u 2:0 hesabı ilə məğlub edib. Turun digər matçları fevralın 9-10-da keçiriləcək.

Seçilən
46
11
yeniazerbaycan.com

10Mənbələr