ABŞ-da tez-tez rast gəlinən quş qripi epidemiyası səbəbiylə toyuqların kəsilməsi yumurta istehsalına mənfi təsir edib və qiymətləri artırıb.
Sfera.az xəbər verir ki, Nyu-York şəhəri və ətrafındakı ərzaq mağazaları müştərilərin yumurta almasını məhdudlaşdırıb, bəzi mağazalarda yumurtanın qiyməti rekord həddə - 10 dollara çatıb.
Nyu-Yorkda bəzi əyalətlərdə quş qripinin qarşısını almaq üçün quş bazarları da müvəqqəti bağlanıb. Bəzi ərzaq mağazaları müştərinin maksimum üç qutu yumurta ala biləcəyini bildirib. Toyuq məhsullarının saxlandığı rəflərin çoxu boşdur.