AZ

“Beşiktaş” Ansu Fatini istəyir

İspaniya millisinin üzvü Ansu Fati “Beşiktaş”ın transfer siyahısına düşüb. Msport.az “AS”a istinadən xəbər verir ki, İstanbul klubu “Barselona”nın futbolçusunu icarəyə götürmək istəyir.

22 yaşlı hücumçu Kataloniya komandasından ayrılmaq niyyətində olmasa da, klub rəsmiləri onu qərar qəbul etməyə görə tələsdirir.

Qeyd edək ki, Türkiyədə qış transfer “pəncərəsi” fevralın 11-də bağlanır.

Fati bu mövsüm “Barsa”da 8 oyunda meydana çıxıb. Onun “Barselona” ilə müqaviləsi 2027-ci ilin iyununa qədərdir.

 

Seçilən
28
msport.az

1Mənbələr