AZ

2025-ci ilin ən yaxşı və ən ucuz aviaşirkətləri seçildi - "Airline Ratings"

"AirlineRatings.com" saytı dünyanın ən yaxşı aviaşirkətləri üzrə illik reytinqini açıqlayıb.

Avstraliyada yerləşən aviasiya təhlükəsizliyi və məhsul reytinqləri üzrə ixtisaslaşmış "AirlineRatings.com" agentliyinin açıqladığı 2025-ci ilin ən yaxşı 25 tam xidmətli aviaşirkəti siyahısında "Korean Air" I yerə layiq görülüb. Cənubi Koreyanın milli aviadaşıyıcısı ötən ilin qalibi "Qatar Airways"i geridə qoyaraq birinciliyi əldə edib.  

Şirkətin son dövrlərdə "Asiana Airlines" ilə birləşməsi – Asiya aviasiya tarixində ən böyük konsolidasiya – onun birinciliyə yüksəlməsində əsas amillərdən biri olub.  

Digər aviaşirkətlərin sıralaması

Siyahının III pilləsində "Air New Zealand", IV yerdə isə "Cathay Pacific" qərarlaşıb.  

"Bu mükafatlar populyarlıq və ya ictimai rəy sorğusuna əsaslanmır", – Petersen əlavə edib.  

"Biz aviasiya sahəsində ekspertlər olaraq hər bir kateqoriyanı diqqətlə qiymətləndiririk ki, sərnişinlər üçün keyfiyyət, dəyər və təhlükəsizlik baxımından ən yaxşı aviaşirkətləri müəyyən edək".  

Digər tərəfdən, "AirAsia" 2025-ci ilin ən yaxşı 20 aşağı büdcəli aviaşirkəti siyahısında birinci yeri tutub. "Jetstar" ikinci, "AirBaltic" isə üçüncü sırada qərarlaşıb.  

2025-ci ilin ən yaxşı 25 tam xidmətli aviaşirkəti

1. "Korean Air" (Cənubi Koreya)
2. "Qatar Airways" (Qətər)
3. "Air New Zealand" (Yeni Zelandiya)
4. "Cathay Pacific" (Honq Konq, Çin)
5. "Singapore Airlines" (Sinqapur)
6. "Emirates" (Birləşmiş Ərəb Əmirlikləri)
7. "Japan Airlines" (Yaponiya)
8. "Qantas" (Avstraliya)
9. "Etihad Airways" (Birləşmiş Ərəb Əmirlikləri)
10. "Turkish Airlines" (Türkiyə)
11. "EVA Air" (Tayvan)
12. "Fiji Airways" (Fici)
13. "Virgin Atlantic" (Böyük Britaniya)
14. "ANA" (Yaponiya)
15. "AeroMexico" (Meksika)
16. "Air Caraibes" (Fransa - Karib hövzəsi)
17. "Thai Airways" (Tailand)
18. "Starlux" (Tayvan)
19. "Vietnam Airlines" (Vyetnam)
20. "SriLankan Airlines" (Şri-Lanka)
21. "Air France" (Fransa)
22. "KLM" (Niderland)
23. "Air Calin" (Fransa - Yeni Kaledoniya)
24. "Air Mauritius" (Mavrikiya)
25. "Garuda Indonesia" (İndoneziya)

2025-ci ilin ən yaxşı 20 aşağı büdcəli aviaşirkəti:

1. "AirAsia" (Malayziya)
2. "Jetstar" (Avstraliya)
3. "AirBaltic" (Latviya)
4. "HK Express" (Honq Konq, Çin)
5. "EasyJet" (Böyük Britaniya)
6. "FlyDubai" (Birləşmiş Ərəb Əmirlikləri)
7. "Ryanair" (İrlandiya)
8. "Scoot" (Sinqapur)
9. "Breeze" (ABŞ)
10. "Southwest" (ABŞ)
11. "SKY Airline" (Çili)
12. "FlyNas" (Səudiyyə Ərəbistanı)
13. "TUI" (Almaniya)
14. "Norwegian" (Norveç)
15. "IndiGo" (Hindistan)
16. "Air Arabia" (Birləşmiş Ərəb Əmirlikləri)
17. "Volaris" (Meksika)
18. "Jet2" (Böyük Britaniya)
19. "Wizz Air" (Macarıstan)
20. "Vueling" (İspaniya)

Rəhim

Seçilən
36
21
valyuta.az

10Mənbələr