"Düşünürəm ki, birinci sinifin fənləri əxlaqa aid olmalı, uşaqlara əxlaq dərsi keçirilməlidir".
Yenisabah.az xəbər verir ki, bunu paylaşımında Elçin Cəfərov yazıb.
Müğənni əlavə edib: "Təbii ki, əxlaq dərsini keçən müəllim də layiqli olmalı və əxlaq qaydalarına ən əvvəl özü əməl etməlidir. Əxlaq cəmiyyətdə nizam - intizamı qoruyur və insanların bir-birinə qarşı dürüst, mehriban və ədalətli olmasını təmin edir. Əgər insanlar yaxşı əxlaqa sahib olsalar, cəmiyyət daha xoşbəxt və güvənli olar".
Telegram kanalımız