AZ

Azərbaycan bu ölkədən 1 milyard dollarlıq qızıl aldı

Azərbaycan bu ölkədən 1 milyard dollarlıq qızıl aldı. Azərbaycanın Avstraliyadan idxalı kəskin artıb. AzPost Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan ötən il Avstraliyadan 1 milyard 463,12 milyon dollarlıq məhsul idxal edib. Bu, 2023-cü illə müqayisədə 125 dəfə çoxdur. Azərbaycan 2023-cü ildə bu ölkədən 11 milyon 688,97 min dollarlıq məhsul idxal etmişdi.

Artıma səbəb qızıl idxalı olub. Ötən il Avstraliyadan təqribən 1 milyard dollar dəyərində qızıl idxal edilib.

Nəticədə Avstraliya Azərbaycanın idxalında beşinci yerə yüksəlib. Bu ölkənin Azərbaycanın ümumi idxalında payı isə 6.95 faiz olub.

2024-cü ildə qızıl ehtiyatlarını ən çox artıran 10 ölkə və onların ümumi ehtiyatları aşağıdakılardır:

1. Polşa: 90 ton olmaqla 2024-cü ilin ən böyük qızıl alıcısı olub. Ümumi qızıl ehtiyatını 448 tona çatdırıb.

2. Türkiyə: 75 ton qızıl alaraq ehtiyatını 528 tona çatdırıb.

3. Hindistan: 73 ton qızıl alıb, ümumi ehtiyatı 876 tona çatıb.

4. Çin: 44 ton qızıl alması ilə diqqət çəkib, ümumi ehtiyatı 2280 tona çatıb.

5. Azərbaycan 25 ton qızıl alıb və qızıl ehtiyatını gücləndirib (rəqəmə ilk 3 rübün rəqəmləri daxildir, 4-cü rüb alışı daxil deyil).

6. Çexiya: 20 ton qızıl alaraq ehtiyatını üç dəfə artırıb.

7. İraq: 20 ton qızıl alıb və ehtiyatını artırmağa davam edib.

8. Macarıstan: 16 ton qızıl alaraq qızıl ehtiyatını 110 tona çatdırıb.

9. Qana və Özbəkistan: hər biri 11 ton qızıl alıb.

10. Qətər: Ehtiyatına 10 ton qızıl əlavə edib.

Bizi İnstagramda izləyin!
Seçilən
62
9
azpost.info

10Mənbələr