AZ

Astarada minik avtomobili motosikletlə toqquşub

Astarada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Ərçivan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ” markalı minik avtomobilinin motosikletlə toqquşması nəticəsində ikincinin sürücüsü Nizami Əsgərov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Seçilən
53
18
cebheinfo.az

10Mənbələr