AZ

Torpaq sürüşməsi nəticəsində 1 nəfər öldü, 28 nəfər itkin düşdü

Çinin cənub-qərbində Sıçuan əyalətində baş verən torpaq sürüşməsi nəticəsində ən azı 1 nəfər ölüb, 28 nəfər itkin düşüb.

KONKRET.az xəbər verir ki, bu barədə “Sinxua” məlumat yayıb.

Hadisə yerli vaxtla saat 11.50-də İbin şəhərinin qəsəbələrinin birində baş verib.

Çin İnkişaf və İslahatlar üzrə Dövlət Departamenti təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 50 milyon yuan ayırıb, axtarış-xilasetmə işləri aparılır.

Seçilən
11
2
konkret.az

3Mənbələr