AZ

Kolumbiyada torpaq sürüşməsi - Ölən var

Kolumbiyanın cənub-qərbində güclü yağışlar torpaq sürüşməsinə səbəb olub, azı bir nəfər ölüb, üç nəfər isə itkin düşüb.

 

Modern.az "ABC News"a istinadən xəbər verir ki, Pasto şəhərinin meri Nikolas Toro dünyasını dəyişən şəxsin avtomobili ilə sürüşmə zonasından keçdiyini bildirib.

 

Milli Risklərin İdarə Edilməsi Təşkilatı 38 nəfərin xilas edildiyini bildirib. Qeyd olunub ki, 65 evə ziyan dəyib.

 

Ağır texnika zədələnmiş yolları açmaq və La Koça Laqun yaxınlığındakı məşhur turistik ərazidə kəsilmiş su təchizatını bərpa etmək üçün işləyir.

Seçilən
45
6
modern.az

10Mənbələr