Tayvanın Silahlı Qüvvələri Çin Xalq Azadlıq Ordusunun 14 təyyarəsinin və 6 gəmisinin sahillərinə yaxınlaşdığını aşkarlayıb.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi “X”də məlumat yayıb.
"Saat 6:00-ya qədər (Bakı vaxtı ilə saat 02:00) Tayvan ətrafında 14 təyyarəsi və Hərbi Dəniz Qüvvələrinin 6 gəmisi aşkar edilib. Doqquz təyyarə median xətti keçərək Tayvanın şimal və cənub-qərb hava hücumundan müdafiə zonalarına daxil olub. Biz vəziyyəti izləyirik və müvafiq reaksiya vermişik", - məlumatda deyilir.
Tayvanın müdafiə orqanı materik Çindən təyyarə və gəmilərin yaxınlaşmasını müntəzəm qeydə alır.(Report)