AZ

Harri Keyn: “Bayern”də çox xoşbəxtəm”

“Bayern”in ingilis mərkəz hücumçusu Harri Keyn Münhen klubunun düşərgəsindəki gələcəyi ilə bağlı sualı qısaca cavablayıb.

Arena.az “The Mirror” nəşrinin “Sky Sports Germany” dəgrisinə istinadı əsasında ingilis ulduz hücumçunun bu barədə cavabını təqdim edir:

“Mən bu barədə danışmaq istəmirəm. Ancaq onu deyə bilərəm ki, mən “Bayern”də çox xoşbəxtəm”, deyə Keyn vurğulayıb.

Xatırladaq ki, daha əvvəl, Keynin “Bayern”lə müqaviləsinə əsasən, 2026-cı ilin qışından etibarən, futbolçunun 65 milyon avro məbləğ müqabilində satın alına biləcəyinə ehtiva edən xüsusi maddənin fəallaşıcağı haqda məlumat yayılıb.

Bu mənzərədə Avropanın bir sıra aparıcı klubları, xüsusilə İngiltərə Premyer Liqasının nəhəngləri Keynin transferində maraqlı olduqlarını ortaya qoyublar.

Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə, London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 28 oyuna çıxıb, 28 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib.

Harri Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 73 oyun, 72 qol və 22 məhsuldar ötürmədən ibarətdir.
Keyn 21 qolla cari mövsüm Almaniya Bundesliqasının ən sərrast futbolçusudur. İngilis hücumçunun hesabında 7 məhsuldar ötürmə də var.

Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 103 oyuna 69 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.
Əlavə edək ki, Keyn böyük futboldakı karyerası ərzində komanda səviyyəsində hələ, bir qənimət belə, qazana bilməyib.

Seçilən
18
2
arena.az

3Mənbələr