AZ

Çində torpaq sürüşməsi - İtkin düşənlər var » AzadMedia.az



Çinin cənub-qərbindəki Sıçuan əyalətində torpaq sürüşməsi nəticəsində 30-dan çox insan itkin düşüb.

Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, fövqəladə hadisə şənbə günü, fevralın 8-də, Yibin şəhəri yaxınlığındakı kəndlərdən birində baş verib. Sürüşmə 10 evi uçurub. İtkin düşənlərin dəqiq sayı dəqiqləşdirilir.

Çin Sədri Si Cinpin insanları xilas etmək üçün bütün mümkün tədbirləri görməyə göstəriş verib. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Seçilən
52
6
azadmedia.az

7Mənbələr