AZ

Tramp Putinlə danışdığını açıqlayıb — Peskov xəbərsiz olduğunu deyir

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya lideri Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı barədə məlumatı nə təsdiq, nə də təkzib edib.

Demokrat.az xəbər verir ki, Peskov bu barədə “İnterfaks”a açıqlamasında bildirib.

“Çoxlu müxtəlif kommunikasiyalar var və bu kommunikasiyalar müxtəlif kanallar vasitəsilə aparılır. Təbii ki, bu kommunikasiyaların çoxluğu fonunda mən şəxsən nədənsə xəbərsiz ola bilərəm. Ona görə də indiki halda mən bunu nə təsdiq, nə də təkzib edə bilərəm”, - deyə Peskov bildirib.

Seçilən
4
3
demokrat.az

5Mənbələr