Azərbaycan boksçuları Serbiyada 6 medal qazandı
Azərbaycan boksçuları Serbiyanın paytaxtı Belqradda keçirilən beynəlxalq turnirdə 6 medal qazanıb. Manset.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışa 6 idmançı ilə qatılan Azərbaycan millisinin hər bir üzvü fəxri kürsüyə yüksəlib. Yığmanın heyətində Anaxanım İsmayılova (48 kq) qızıl medal qazanıb. Aynur Rzayeva (+81 kq) gümüş, Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq) və Emili Rzayeva (70 kq) bürünc mükafata yiyələniblər. Qeyd edək ki, komandamız fevralın 10-da Bakıya qayıdacaq.