Balakəndə betonqarışdıran maşın aşıb.
Axar.az xəbər verir ki, fevralın 8-də saat 13 radələrində rayonun Gərəkli kəndi ərazisində yerləşən Mazımqara yaşayış məntəqəsində KamAZ markalı betonqarışdıran nəqliyyat vasitəsinin sürücüsü 1956-cı il təvəllüdlü Əsgər Umar oğlu Fərzəliyev iş zamanı idarə etdiyi həmin nəqliyyat vasitəsini aşırıb.
Hadisə nəticəsində sürücü avtomobilin altında qalaraq dünyasını dəyişib.