Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin mebel və inventarların alınması üçün elan etdiyi tender ləğv olunub.
News24.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.
Bildirilib ki, satınalmanın maliyyələşdirilməsi dayandırılıb.
Tenderin ümumi dəyəri 121 686 AZN olub. /pravda.az