Azərbaycan millisinin hüucumçusu Renat Dadaşov klubu “Ankaragücü”dən ayrılır.
Viral.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatına məlumat yayıb.
25 yaşlı hücumçu artıq komandanı tərk edib. O, rəhbərliyin qərarı ilə Tandoğandakı bazada bir məşqçinin nəzarəti altında fərdi məşq edir.
Son Yazılar:
- Azərbaycan millisinin hücumçusu transferə ÇIXARILDI
- Tramp Blinken və Sallivanın məxfi informasiyalarla bağlı icazələrini ləğv ETDİ
- Türkiyə ordusu 11 terrorçunu məhv ETDİ
“Ankaragücü” iki hücumçusu – Dadaşov və Riad Bayiç arasında seçim edib.
I Liqa təmsilçisi azərbaycanlı futbolçuya müştərinin daha tez tapılacağını ehtimal edərək onu transferə çıxarıb. Türkiyə klubu həmyerlimizin əvəzinə yeni hücumçu heyətinə qatmaq istəyir.
Renat Dadaşovun “Ankaragücü” ilə müqavilə müddəti 2026-cı ilin yayında başa çatacaq. O, cari mövsüm Türkiyə 1-ci Liqasında 15 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.