AZ

Dəm qazı daha 2 can aldı

Bakıda 47 yaşlı kişi dəm qazından boğulub.

 

Sfera.az "Report"a istinadən xəbər verir ki, fevralın 8-də saat 13 radələrində 1978-ci il təvəllüdlü Babayev Elgün Cərulla oğlu yaşadığı Binəqədi rayonu, H.Ağamalıyev 14 ünvanında yerləşən yaşayış evinin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

 

Dəm qazı daha bir can alıb. Belə ki, fevralın 8-də saat 10 radələrində Əliyeva Ləman Azad qızı yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, keçid 1, ev 112-də dəm qazından zəhərlənərək ölüb.

 

Hər iki faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Seçilən
39
4
sfera.az

10Mənbələr