AZ

Dəhşətli PARTLAYIŞ: 130 min ton mazut daşıyan tanker BATIR

Leninqrad vilayətində 130 min ton mazut daşıyan tanker maşın bölməsində baş verən partlayışlardan sonra batmağa başlayıb.

“Bakuinfo”  "Baza" Telegram kanalına istinadən xəbər verir ki, hadisə Ust-Luqa limanında Antiqua və Barbuda bayrağı altında üzən "Koala" tankerinin yola düşməyə hazırlaşdığı vaxt baş verib.

Məlumata görə, gecə saat iki radələrində tankerin göyərtəsinə təxminən 130 000 ton mazut yüklənib. Gəmi üzüb getməyə hazırlaşarkən maşın bölməsində üç güclü partlayış baş verib. Partlayışlardan sonra gəminin maşın otağını su basmağa başlayıb. Yerli vaxtla səhər saat 5-də gəminin arxa hissəsi quruya oturub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ekoloji riskləri minimuma endirmək üçün tədbirlər görüblər. Neft sızmasının qarşısını almaq məqsədilə tankerin ətrafına bəndlər quraşdırılıb. Xoşbəxtlikdən, suya mazut sızmayıb və ekipaj üzvlərindən heç kim xəsarət almayıb.

Seçilən
28
bakuinfo.net

1Mənbələr