Luizianada (ABŞ) ayaqqabı mağazasında kütləvi dava və atışma baş verib.
Demokratikmusavat.comxəbər verir ki, hadisəyə səbəb "Nike Air Jordan 5" idman ayaqqabıları olub.
Mağazaya gələn alıcılar arasında məhdud sayda olan ayaqqabılar üstündə dava düşüb. Sosial şəbəkələrdə yayılan kadrlarda atışma səsləri eşidilir.
Qeyd edək ki, hazırda "Nike Air Jordan 5 Retro Black Metallic Reimagined" modelinə böyük tələbat var. Bu modelin satışa çıxarılmasından sonra ABŞ-da bir çox mağazada uzun növbələr yaranıb.(oxu.az)