Qadın basketbolçulardan ibarət Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsi çərçivəsində son oyununu keçirəcək.
İdman.biz xəbər verir ki, komandamız bu gün Polşa basketbolçuları ilə qüvvəsini sınayacaq.
Beş oyundan sonra polşalıların 7, Azərbaycan millisinin isə 5 xalı var. Hər iki komanda növbəti mərhələyə çıxmaq şansını əldən verib.
Bu gün həmçinin Vilnyusda Litva və Belçika komandaları qrup qalibi olmaq uğrunda mübarizə aparacaqlar.
AVRO-2025-in seçmə mərhələsi
C qrupu
9 fevral
17:00 Azərbaycan - Polşa
Hakimlər: Nikolaos Tziopanos (Yunanıstan), Polat Parlak (Türkiyə), Marina Şalamberidze (Gürcüstan)
Bakı, "Sərhədçi" İdman Mərkəzi
İdman.biz