Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 22-ci turuna start verilib.
Arena.az xəbər verir ki, turun açılış matçında “Şamaxı” “Sumqayıt”ı qəbul edib.
“Şamaxı” ilə “Sumqayıt” daha öncə 45 oyunda üz-üzə gəlmişdilər. Bu oyunlarda “Şamaxı” 19, “Sumqayıt” 13 qələbəyə sevinmişdi, 13 matçda heç-heçə qeydə alınmışdı. Son 8 oyunda meydan sahibi olan tərəf uduzmamışdı. “Şamaxı” evdəki son iki matçda qol buraxmamışdı.
Son turlarda hər iki komanda uğursuz nəticələri ilə diqqət mərkəzindəydi. “Sumqayıt” 5 oyun idi qələbə qazana bilmirdi. “Şamaxı” isə son üç matçında ardıcıl məğlubiyyətlərə üzülmüşdü. Bu üzdən hər iki komanda qalib gəlməklə uğursuz gedişata son qoymağı hədəfləmişdi. Yekunda bu sevinci “Şamaxı” yaşayıb.
Premyer Liqa
22-ci tur
9 fevral
“Şamaxı” – “Sumqayıt” 1:0
Qol: Brahim Konate, 60.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Şamaxı şəhər stadionu, 14:30.
Şamaxı: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 32. Vasili Radenoviç, 93. Brahim Konate, 9. Belaydi Pusi, 3. Vladislav Veremeyev, 66. Vasili Bakiç, 33. Alfons Msanqa.
Ehtiyat oyunçular:, 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 14. Vüsal Məsimov, 5. Arsen Ağcabəyov, 23. Murad Vəliyev, 18. Cəlal Hüseynov, 19. Fəxri Məmmədli, 89. Cəfər Muxtarov, 12. Maykl Tuik, 30. Andrey Tırkovyanu.
Baş məşqçi: Ayxan Abbasov.
Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 11. Momo Yansane, 5. Alan Dias, 60. Tresor Mossi, 77. Casurbek Caloliddinov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 2. Sertan Taşkın, 30. Kamran Quliyev, 41. Uğur Cahangirov, 21. Nihad Əhmədzadə, 29. Qabil Əlizadə, 66. Ruslan Əliyev, 75. Nadir Orucov, 95. Miloş Miloviç, 12. Georgi Xaraişvili, 23. Ronaldo Vaskes.
Baş məşqçi: Vaqif Cavadov.