AZ

Premyer Liqa: “Turan Tovuz” “Araz-Naxçıvan”ı tək qolla yendi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 23-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününen ilk qarşılaşması Tovuzda baş tutub.

Öncə Tovuzda “Turan Tovuz” və “Araz-Naxçıvan” komandaları üz-üzə gəliblər. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan bu komandaların görüşünü FİFA referisi Əliyar Ağayev idarə edib. 44 xalla ikinci pillədə qərarlaşmış Naxçıvan təmsilçisi son iki turda qələbə qazana bilməmişd (2 heç-heçə). 36 xalla dördüncü olan Tovuz təmsilçisi də son iki matçından birində heç-heçə ilə kifayətlənmişdi, ötən turda isə məğlubiyyətə üzülmüşdü.

Bu, “Turan Tovuz”la “Araz-Naxçıvan”ın milli çempionatdakı 7-ci görüşü idi. Əvvəlki 6 oyunda tovuzlular 4, naxçıvanlılar 2 qələbə qazanmışdılar. Bir sözlə, tərəflər heç vaxt meydanı heç-heçə ilə tərk etməmişdilər. “Turan Tovuz” bütün ev qarşılaşmalarında qol vurmuşdu. “Araz-Naxçıvan” son iki 2 görüşdə qələbə qazanmışdı.

Bu oyunda isə Tovuz təmsilçisi minimal hesabla qələbə qazanıb. Xallarını 39-a çatdıran “Turan Tovuz” əvvəlki mövqeyində qalıb.

Premyer Liqa
23-cü tur

16 fevral

“Turan Tovuz” – “Araz-Naxçıvan” 1:0
Qol: Hayderson Hurtado, 86.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabbarov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Tovuz şəhər stadionu, 16:00.

Turan Tovuz: 1. İvan Konovalov, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 7. İsmayıl Zülfüqarlı, 13. Fərid Yusifli, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 6. Araş Qaderi, 40. Kauan Martins, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 11. Ayxan Hüseynov, 44. Rüfət Əhmədov, 30. Mircamal Əlizadə, 9. Kristian da Silva, 32. Hayderson Hurtado.
Baş məşqçi: Kurban Berdıyev.

Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov, 2. Slavik Alxasov, 6. Vadim Abdullayev (k), 24. Mustafa Əhmədzadə, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 97. Felipe Santos, 9. Əyyub Allaş.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 99. Raul Əhmədzadə, 5. Qara Qarayev, 7. Ülvi İsgəndərov, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 21. Sezar Meza Kolli, 8. Karlos Jatoba, 10. Bernardo Dias.
Baş məşqçi: Elmar Baxşıyev.

Seçilən
73
25
arena.az

10Mənbələr