Ukrayna Qərbdən real təhlükəsizlik zəmanəti almalıdır, əks halda müharibə Putinin zəfəri ilə başa çatacaq.
Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, bunu Britaniyanın keçmiş baş naziri Boris Conson deyib.
“İndi Qərbin öz qətiyyətinin gücü ilə Putini şoka salmaq vaxtıdır. Bunu etməyə qadir olan isə ABŞ-ın yeni Prezidenti Donald Trampdır. O indi, bu kritik anda Putinə qarşı durmaq üçün lazım olan cəsarətə malikdir”, - Conson bildirib.