AZ

Olaf Şolts və Fridrix Merts canlı teledebatda iştirak edəcəklər

Yazını böyüt
Yazını kiçilt

Almaniya Kansleri fevralın 23-də keçiriləcək növbədənkənar parlament seçkilərində Sosial Demokrat Partiyasının (SPD) əsas namizədi Olaf Şolts və Xristian Birlik (CDU/CSU) partiyalarının Kansler vəzifəsinə namizədi Fridrix Merts canlı teledebatda iştirak edəcəklər.

Hafta.az xəbər verir ki, ARD və ZDF kanallarında birbaşa yayımlanacaq proqram Almaniya vaxtı ilə saat 20:15-də (Bakı vaxtı ilə saat 23:15) başlayacaq.

Teledebatda əsas müzakirə mövzularının son vaxtlar ölkə gündəmində ilk sırada yer alan miqrasiya siyasəti, ifrat sağa qarşı yanaşma, Almaniya iqtisadiyyatının üzləşdiyi çətinliklər, Rusiya-Ukrayna müharibəsi və digər məsələlərin olacağı gözlənilir.

Seçilən
38
50
hafta.az

10Mənbələr