AZ

Cəlilabad rayonunda körpü qəzalı vəziyyətə düşüb - FOTO

Cəlilabad rayonunun Vənlik kəndindəki körpü son yağışlardan sonra qəzalı vəziyyətə düşüb. 

Bu barədə Bizim.Media-nın cənub bürosuna yerli sakinlər məlumat veriblər.
 

Qeyd edək ki, Vənlik kəndi Cəlilabad rayonunun Ağdaş kənd inzibati ərazi dairəsinə daxildir və burada 400 nəfərdən çox əhali yaşayır. Kəndin körpüsü  bu yaşayış sahəsinin digər məntəqələrlə gediş-gəliş əlaqəsini təmin edir.  


Körpünün altından keçən son sel yağıntısından sonra buradan hər hansı avtomobilin keçməsi körpünün uçmasına, ən yaxşı halda yan istiqamətlərə sürüşüb aşa bilər. 

Hazırda kənd əhalisi hər hansı fövqəladə hallar vəziyyətində daha çətin vəziyyətə düşə biləcəklərindən narahatdırlar. 

Azərbaycan  Avtomobil Yolları Dövlət Agentliyinin 46 saylı Yol İstismar Məhdud Məsuliyyətli Cəmiyyətindən bildiriblər ki, sözügedən körpünün qəzalı vəziyyətə düşməsi ilə bağlı artıq qrumun nümayəndələri baxış keçiriblər və təmir üçün lazım olan texnika həmin istiqamətə gətirilib və yağılar ara verən kimi təmir işləri aparılacaq




Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
41
2
bizim.media

2Mənbələr