AZ

Səudiyyə Ərəbistanından Netanyahuya SƏRT CAVAB

Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanı İsrailin baş naziri Binyamin Netanyahunun “Səudiyyə Ərəbistanı Fələstin dövləti istəyirsə, öz torpağında qura bilər” ifadəsinə sərt reaksiya verib.

Hafta.az-ın yazdığına görə, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bu cür bəyanatların şiddətlə pisləndiyi bildirilib, Fələstin xalqının öz torpaqlarında hüquqlarının mübahisəsiz olduğu vurğulanıb.

Səudiyyə Ərəbistanının Netanyahunun Fələstin xalqını didərgin salmaq çağırışlarını rədd etdiyi və bu cür bəyanatların Qəzzada artan İsrail işğalçı cinayətlərini ört-basdır etmək cəhdi olduğu bildirilib.

Fələstin xalqının tarixi, emosional və hüquqi bağları olan torpaqlarına sahib olduğu və Fələstinin hüquqlarının heç kim tərəfindən qəsb oluna bilməyəcəyi qeyd edilib.

Bu cür ifrat düşüncələrin İsrailin sülhə münasibətinin və ərəb ölkələrinin sülh təkliflərini rədd etməsinin əksi olduğu bildirilib, Fələstin xalqına qarşı sistemli zülmün 75 ildən artıqdır davam etdiyi diqqətə çatdırılıb.

Nəhayət, nazirliyin açıqlamasında Fələstin xalqının hüquqlarının heç vaxt itirilməyəcəyi, sülhün yalnız iki dövlətli həll və qarşılıqlı anlaşma ilə əldə oluna biləcəyi vurğulanıb.

Seçilən
17
hafta.az

1Mənbələr