AZ

"Çelsi" "Liverpul"un qapıçısı ilə maraqlanır

Qapıçı Kaomhin Kelleher yay transfer pəncərəsində "Liverpul"u tərk edə bilər.

90deqiqe.Az "TBR Football"a istinadən xəbər verir ki, 26 yaşlı qolkiper ilə beş klub maraqlanır. Siyahıda “Çelsi”, “Seltik”, “Nottingem Forest”, “Bornmut” və “Nyukasl” yer alıb. İrlandiyalı oyunçu "Liverpul"un Alissondan sonra ikinci qapıçısıdır.

Georgiy Mamardaşvili yayda Mersisayd klubuna keçəcək, ona görə də Alisson getsə belə Kelleherin bir nömrə olmaq şansı azdır.

2024/2025 mövsümündə Kaomhin Kelleher 16 oyun keçirib və 14 qol buraxıb. Nüfuzlu Transfermarkt portalı qapıçıya 22 milyon avro qiymət qoyub.

Seçilən
54
90deqiqe.az

1Mənbələr