AZ

Xabi Alonso XXI əsrin Bundesliqa məşqçiləri arasında rekord qırdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bayer" Bundesliqanın 21-ci turunda səfərdə "Volfsburq"la 0:0 hesabı ilə heç-heçə edib. Bu nəticə sayəsində "əczaçılar" Almaniya çempionatında səfər matçlarında məğlubiyyətsizlik seriyasını 27 oyuna qədər uzadıblar.
Oxu.Az championat.com-a istinadən xəbər verir ki, Leverkuzen komandası Bundesliqada səfərdə sonuncu dəfə 2022/2023 mövsümündə məğlub olub. O zaman 34-cü turda Xabi Alonsonun komandası "Bohum"a 0:3 hesabı ilə yenilib. Həmin oyun 27 may 2023-cü ildə baş tutub.
Beləliklə, 43 yaşlı ispan mütəxəssis Bundesliqa komandasının məşqçisi kimi səfərdə 27 oyundur uduzmur.
Bu nailiyyətə Bundesliqada yalnız Udo Lattek imza atıb. Onun uğuru iki komandada işlədiyi dövrdə qeydə alınıb: "Bavariya" (1983-1987) və "Şalke" (1992/1993 mövsümü).
Seçilən
83
45
oxu.az

10Mənbələr