Ekvadorda prezident və parlament seçkisi keçirilir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, ali dövlət vəzifəsinə 16 namizəd, o cümlədən hazırkı Prezident Daniel Noboa var.
Onun əsas rəqibi, solçu "Vətəndaş İnqilabı" hərəkatının namizədi və keçmiş Prezident Rafael Korreanın (2007-2017) hökumətində müxtəlif vəzifələrdə çalışmış Luiza Qonsalesdir.
"Ipsos" sosioloji araşdırma mərkəzi tərəfindən açıqlanan ictimai rəy sorğusunun nəticələrinə görə, Noboa üçün 45,5%, Qonsales üçün isə 31,3% seçici səs verməyə hazırdır. Qalibiyyət üçün mütləq səs çoxluğu və ya ən azı 40% səs toplamaq lazımdır, lakin ən yaxın rəqibdən ən azı 10 faiz bəndi fərqi olmalıdır. Əgər 9 fevral tarixində heç bir namizəd lazımi dəstəyi əldə edə bilməsə, 13 apreldə ölkədə ikinci tur seçki keçiriləcək.
Ekvador vətəndaşları bu gün həmçinin birpalatalı parlamentin 151 deputatını seçməli olacaqlar.
10Mənbələr
-
cebheinfo.azEkvadorda parlament və prezident seçkiləri keçirilir ( 15356065)
-
demokrat.azEkvadorda prezident və parlament seçkisi keçirilir ( 15355799)
-
ikisahil.azEkvadorda prezident və parlament seçkisi keçirilir ( 15355629)
-
bizim.mediaBu ölkədə prezident və parlament seçkisi keçirilir ( 15355607)
-
apa.azEkvadorda parlament və prezident seçkiləri keçirilir, sərhədlər bağlanıb ( 15355141)
-
far.azEkvadorda prezident və parlament seçkiləri keçiriləcək ( 15348401)
-
report.azEkvadorda prezident və parlament seçkiləri keçiriləcək ( 15348391)
-
sfera.azYunanıstan parlamenti yenidən prezident seçə bilmədi ( 15292171)
-
kommersant.azYunanıstanda prezident seçkilərinin üçüncü turu keçirilir ( 15171411)
-
aia.azSəttar Möhbalıyev: “Gəncliyin sağlam, vətənpərvər və savadlı formalaşması cənab Prezident İlham Əliyevin qarşıya qoyduğu mühüm strateji vəzifədir” ( 15165519)