AZ

Sahil Babayev karateçi imiş - Gənclik FOTOLARI

Üç gün əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad olunaraq maliyyə naziri təyin edilən Sahil Babayevin gənclik illərinə məxsus fotolar yayılıb.

Modern.az xəbər verir ki, bu barədə məlumatı tanınmış karateçi, müstəqil Azərbaycanın karate üzrə ilk çempionu İlyas Xəlilov paylaşıb.

Onun gənclik illərində karate ilə məşğul olduğu məlum olub.

Qeyd edək ki, Sahil Babayev 45 yaşındadır. O, 2018-ci ildən əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışırdı.

Seçilən
18
44
modern.az

10Mənbələr