Samuxda süni sututarda batan şəxsin kimliyi məlum olub.
Editor.az APA-ya istinadən xəbər verir ki, rayonun Sarıqaya kəndində süni sututarında batan Goranboyun Bağçakürd kənd sakini 2002-ci il təvəllüdlü C.Əliyevdir.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki C.Əliyev sözü gedən ərazidə yerləşən şirkətlərin birində mühafizəçi işləyirmiş.
Faktla bağlı araşdırma aparılır.