AZ

Trampın Ukraynada atəşkəs planı sızdı- ukraynalılar şokda... Qərb Kiyevi satır…

Image

ABŞ prezidenti Donald Trampın Ukrayna-Rusiya müharibəsinə son qoymaqla bağlı çox danışılan planının təfərrüatları ortaya çıxmağa başlayıb.

Seçki kampaniyası zamanı “Ukrayna müharibəsini 24 saata bitirəcəyini” iddia edən Trampın gələn həftə Ukrayna prezidenti Zelenski ilə görüşəcəyi gözlənilir.

İki gün əvvəl Ağ Evdə mətbuata açıqlama verən Tramp Rusiya-Ukrayna müharibəsinin bitməli olduğunu deyib: "Bu müharibənin bitməsini görmək istəyirəm, çünki çoxlu insan həlak olub. Yəqin ki, gələn həftə prezident Zelenski ilə görüşəcəyəm və yəqin ki, prezident Putinlə də danışacağam".

Ötən həftə Avropa mediası Trampın Almaniyada keçiriləcək Münhen Təhlükəsizlik Konfransında Rusiyanın Ukraynaya genişmiqyaslı işğalına son qoymaq planını təqdim edə biləcəyini yazmışdı. Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq isə prezidentin illik konfransda çıxış etmək niyyətini təsdiqləyib, lakin planla bağlı təfərrüatları açıqlamayıb.

Bu arada, Ukraynanın rusiyayönlü “Strana” qəzeti iddia edib ki, Tramp Pasxa bayramına (20 aprel) qədər Ukraynanı Rusiya ilə atəşkəsi qəbul etməyə məcbur etməyə çalışacaq. Qəzet sızdırılan planın Ukraynada “siyasi və diplomatik dairələrdə” dolaşdığını iddia edib və atəşkəs razılaşmasının məzmunu ilə bağlı məlumat paylaşıb. İddialara görə, atəşkəs razılaşması çərçivəsində Ukraynanın NATO-ya daxil olmasının qarşısı alınacaq və üstəlik də ölkənin ilhaq edilmiş ərazilərdə Rusiyanın suverenliyi qəbul ediləcək.

Bundan başqa, Ukrayna qoşunları ötən ilin avqustunda əks-hücum əməliyyatına başladıqları Rusiyanın Kursk bölgəsini də tərk etməyə məcbur ediləcək, Avropa güclərindən isə silahsızlaşdırılmış zonaya nəzarət etməsi istəniləcək. Amma bu birliyə Amerika qoşunları daxil edilməyəcək. Digər tərəfdən Avropa İttifaqı üzərinə Ukraynaya növbəti on il ərzində 486 milyard dollara başa gələ biləcək yenidənqurma səylərinə yardım etmək öhdəliyi qoyulacaq.

“DailyMail” qəzetinin yazdığına görə, ABŞ administrasiyasının iddia edilən bu atəşkəs planı ukraynalıları dəhşətə gətirib. Ukrayna prezidenti Zelenski atəşkəs planlarının mövcudluğunu inkar etsə də, Ağ Evdən hələlik xəbərlə bağlı rəsmi açıqlama verilməyib. 

TAHİR





Seçilən
46
1
baki-xeber.com

2Mənbələr