AZ

Bir ailənin üç üzvü yanaraq ölüb

Rusiyanın Qaraçay-Çərkəz respublikasının Zelençukskaya kəndində fərdi yaşayış evində baş verən yanğında beş yaşlı uşaq və onun valideynləri ölüblər.

Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin "Telegram" kanalında bildirilib.

Hadisə yerində yanğınsöndürənlər və Rusiya İstintaq Komitəsinin nümayəndələri işləyirlər.

Yanğının səbəbi araşdırmalardan sonra məlum olacaq.

Seçilən
18
9
avtosfer.az

10Mənbələr