Ukrayna Prezidenti Volodimir Zelenski Avropa və ABŞ-ın Kiyevi tərk etməməməsi şərti ilə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu bildirib.
Publika.az xəbər verir ki, səs yazısı Ukrayna liderinin "YouTube" kanalında yayımlanıb.
Zelenski münaqişənin 2025-ci ildə bitməsi üçün bütün imkanların olduğunu vurğulayıb. Ukrayna lideri əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp da vəziyyətin tez bir zamanda həllini istəyir.
Onun sözlərinə görə, ABŞ və Avropanın Ukraynadan əl çəkməyəcəyi və təhlükəsizlik zəmanəti verəcəyi başa düşülsə, istənilən formatda danışıqlara hazırdır.
Zelenski qeyd edib ki, ukraynalılar münaqişə zamanı prezident seçkilərinin keçirilməsinin əleyhinədirlər. Hərbi vəziyyət dayandırılarsa, ordu itiriləcək və əsgərsiz səsvermə “vicdansızlıqdır”.