AZ

“Dediklərimlə heç nə dəyişməyəcəksə, danışmağın mənası da yoxdur”

“İlk hissənin ilk 15 dəqiqəsinə toparlanmış vəziyyətdə çıxa bilmədik. Bu da iki qol buraxmağımızla nəticələndi. Sonradan isə nəyisə düzəltmək artıq çətin oldu”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 22-ci turunun “Sabah”la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. O, daha sonra belə davam edib:

“Biz rəqibə ikinci toplarda uduzduq. İkinci qolu buraxdığımız ana gəldikdə, Rəhim Sadıxovun butsısı çıxmışdı, hakimlə uzun mübahisə oldu. Ona fit vermədilər. Uzun mübahisə oldu, rəqib isə dərhal oynadılar və qollarını vurdular.

Hakim qərarları barədə danışmaqla nəsə dəyişəcəksə, başqa məsələ. Mənim dediklərimlə heç nə dəyişməyəcəksə, danışmağın mənası da yoxdur. Artıq yoruldum deməkdən ki, Jo Batiştanı əlləri ilə tuturlar, imkan vermirlər oynamağa. Lakin hakim fitini səsləndirmir”.

Seçilən
40
4
idmanxeber.az

8Mənbələr